Qadin.NET / Rusiyadan Ankara terroru ilə bağlı ilk açıqlama

Rusiyadan Ankara terroru ilə bağlı ilk açıqlama

Rusiyadan Ankara terroru ilə bağlı ilk açıqlama
"Moskva Ankarada baş verən terroru qınayır. Hadisə nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyir". ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında  Kremlin mətbuat katibi Dmitri Peskovdeyib. 

Rusiyanın Xarici İşlər Nazirliyi də baş verən hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada 17 fevralda meydana gələn hadisə pislənib, türk xalqına dərin hüznlə başsağlığı verilib. "Barbarca törədilən bir cinayətin açıqlaması ola bilməz. Hadisəni törədənlər bunun cavabını verməlidirlər. Yaşanan hadisə bir daha bütün dövlətlərin terrorla mübarizədə birləşməsi gərəkdiyini göstərir".Fevralın 17-si axşam saatlarında Ankarada qanlı terror aktı törədilib. Baş verən terror aktı nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.Güclü partlayış hərbi şəhərciyin yaxınlığında, hərbçiləri daşıyan avtobusda baş verib. Partlayışın avtomobilə yerləşdirilmiş bombanın işə salınması nəticəsində baş verdiyi ehtimal edilir. Terror aktı qeydə alınan ərazi strateji dövlət qurumlarının yaxınlığındadır. Ölkənin baş naziri Əhməd Davudoğlu artıq hadisəni törətməkdə şübhəli bilinən şəxsin adının bəlli olduğunu deyib. Baş nazir bu şəxsin PKK və YPGüzvü olduğunu bildirib. O, 1992-ci ildə Suriyada doğulub. Adı Salih Neccardır. Terror aktı ilə bağlı 9 nəfər şübhəli şəxs qismində saxlanılıb. 

Mənbə: ANS PRESS

 

18 fevral 2016
GO BACK