Qadin.NET / Çörək alarkən nəyə diqqət etməli?

Çörək alarkən nəyə diqqət etməli?

 

Çörək alarkən nəyə diqqət etməli?

Azərbaycanda çörəyin açıq şəkildə satılmasına qadağa qoyulmayıb. Ancaq açıq halda satılan çörəyə gün ərzində bəlkə də onlarla insan əllə toxunur. Milli.Az Xəzərxəbər.com-a istinadən xəbər verir ki, mütəxəssislər açıq halda satılan çörəyi insan sağlamlığı üçün təhlükə mənbəyi hesab edirlər.

 

Qablaşdırılmamış çörək satışı qadağan olmadığı üçün mağazalarda belə hallar mövcuddur. Ancaq daşınma zamanı, eləcə də satış yerlərində alıcıların dəfələrlə əllə təması çörəyə olan gigiyenik tələbləri gündəmə gətirir.Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev açıq satılan zaman bir çörəkdə olan bakteriyaların qısa zamanda asanlıqla digər çörəklərə də keçə biləcəyini vurğulayır.Mütəxəssislər sağlam qidalanmaq üçün qablaşdırılmış çörək almağı tövsiyyə edir.

Mənbə: Milli.Az

18 fevral 2016
GO BACK