Qadin.NET / Qadınlara güzəştli kreditlərin verilməsi təklif olunur

Qadınlara güzəştli kreditlərin verilməsi təklif olunur

 

Qadınlara güzəştli kreditlərin verilməsi təklif olunur

Bunu Milli.Az-a Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğludeyib.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, son 5 ildə Azərbaycanda işgüzar qadınların sayının artmasına baxmayaraq, onların sayı yetəri səviyyədə deyil, çox azdır.N.Cəfəroğlunun fikrincə, ölkədə ümumi iqtisadi fəallığın artırılması və sahibkarlara dəstək verilməsi çərçivəsində xüsusilə qadın sahibkarlara kömək edilməlidir: "Təcrübə göstərir ki, qadın sahibkarlara kreditlər az verilir. Ona görə də biz bu məsələ ilə bağlı hökumətə təkliflər vermişik. Təklif etmişik ki, qadın sahibkarlar krerdit götürəndə onlara müəyyən güzəştlər edilsin. Belə olsa, qadınlarımız işgüzar fəaliyyətlərini daha da intensivləşdirə bilərlər. Hələlik nəticələr barədə bizə konkret cavab verilməsə də, bu məsələyə baxılacağını bildiriblər. Ümid edirik ki, bu məsələ müsbət həll olunacaq".Qeyd edək ki, son zamanlar prezident İlham Əliyevin birbaşa tapşırığından sonra ölkədə sahibkarlığın inkişafı və iş adamlarının problemlərinin həlli istiqamətində bir sıra real işlər həyata keçirilir.

Mənbə: Milli.Az

18 fevral 2016
GO BACK