Qadin.NET / Ronaldo jurnalistin sualına əsəbiləşərək konfransı tərk etdi

Ronaldo jurnalistin sualına əsəbiləşərək konfransı tərk etdi

 

Ronaldo jurnalistin sualına əsəbiləşərək konfransı tərk etdi

“Real Madrid” klubunun hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının1/8 finalında qarşılaşacaqları "Roma" ilə oyun öncəsi mətbuat konfransını tərk edib.

 

ANS PRESS-in məlumatına görə, portuqaliyalı ulduz müxbirin "niyə səfər matçlarında az qol vurursan?" sualına əsəbiləşərək belə cavab verib:"İspaniyaya gəlişimdən sonra səfərdə məndən çox qol vuran futbolçu deyə bilərsiniz? Bilməzsiniz? Belə futbolçu yoxdur. Sağ olun”, - deyə Ronaldo sualı cavablandırdıqdan sonra mətbuat konfransını tərk edib. Futbolçunun bu hərəkətini “Kral” klubunun baş məşqçisi Zinəddin Zidan gülüşlə qarşılayıb.

Mənbə: ANS PRESS

17 fevral 2016
GO BACK