ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Tovuzçay su anbarının açılışında Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.Dövlət başçısı bildirib ki, bölgəmizdə iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir."Baxmayaraq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, ancaq biz daha da səmərəli işləməliyik. Əminəm ki, biz xüsusilə aqrar, emal, sənaye sektorlarının inkişafı hesabına iqtisadi yüksəlişə nail olacağıq. Əminəm ki, 2016-cı il ölkəmiz üçün uğurlu olacaq. Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi - 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik”, - İlham Əliyev bildirib.
Mənbə: ANS PRESS