Milli.Az Virtualaz org-a istinadən bildirir ki, açıqlamada Zika virusuna qarşı peyvəndlərin yalnız 18 aydan sonra hazır olacağı bildirilib.Hazırda 15 şirkət virusa qarşı penvənd hazırlanması üzərində çalışır.Təşkilatın əməkdaşı Marie-Paule Kieny isə bildirib ki, uşaqların kiçik başlı (mikrosefaliya) doğulmasının səbəbi Zika virusudur. Artıq aparılan araşdırmalarda bu, təsdiqini tapıb. ÜST hamilə qadınlara müraciət edərək 6 aydan sonra mütəmadi ultrasəs müayinəsindən keçmələrini tövsiyə edib.Xatırladaq ki, artıq Rusiyada Zika virusuna yoluxma qeyd alınıb.
Mənbə: Milli.Az