"Hazırda gəmilərdən 2-si mərkəzdə, biri cənubda, digəri isə şərq istiqamətində axtarışları davam etdirir. Axtarışlar dayandırılarsa, bu barədə rəsmi açıqlama veriləcək", - deyə vurğulayıblar.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 11 nəfərin cəsədi tapılıb.
Bir neçə gün öncə "Günəşli" yatağında yanğın söndürülüb.
Mənbə: Milli.Az