Qadin.NET / Bakıda keçiriləcək Olimpiadanın vaxtı dəyişdirildi

Bakıda keçiriləcək Olimpiadanın vaxtı dəyişdirildi

Bakıda keçiriləcək Olimpiadanın vaxtı dəyişdirildi
Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının  vaxtı dəyişdirilib. Şahmat Federasiyasının vitse-prezidetnti Faiq Həsənov  ANS PRESS-ə  bildirib ki, yeni dərs ilinin başlaması ilə bağlı Şahmat Olimpiadasının  vaxtı irəli çəkilib. “Bilirsiniz ki, bizdə tədris ili sentyabr ayının 15-i başlayır. Biz də istəyirik ki, uşaqlar da gəlib olimpiadaya baxsınlar, iştirak etsinlər. Buna görə biz FİDE-yə təklif etdik ki, turnirin vaxtı dəyişilsin. Onlar da razı oldular”.

F.Həsənov Bakıya dünyanın ən güclü  qadın və kişi şahmat mütəxəssislərinin gələcəyəni deyir. Onun sözlərinə görə müxtəlif ölkələrdən təxminən 80 komanda iştirak edəcək: “Olimpiadaya ən güclü idmançılar gələcək. Qadın və kişi komandalar arasında yarışlar olacaq”.Federasiya rəsmisi qeyd edib ki, Olimpiadada iştirak edən idmançılar paytaxtın ən gözəl otellərində qalacaq:“Olimpiadanın qaydaları belədir ki, yarışa qatılan idmançıların hesablarını təşkilatçılar ödəyir. Bu həmişə belə olub”.Azərbaycanda ilk dəfə təşkil olunacaq yarışa şahmatın ulduz qrossmeysterlərinin gəlməsi gözlənilir.  FİDE-nin yeni qərarına əsasən, yarış sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Bakıda təşkil olunacaq FİDE-nin konqresi isə sentyabrın 4-14-nə təsadüf edəcək.

Mənbə: ANS PRESS

 

17 fevral 2016
GO BACK