Qadin.NET / Hava dəyişir, qar yağacaq

Hava dəyişir, qar yağacaq

Hava dəyişir, qar yağacaq
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında  fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü  şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Temperatur 4-7 dərəcə aşağı enəcək.

 Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı,  bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur 5-8 dərəcə aşağı enəcək. Bakıda və Abşeron yarımadasında fevralın 18-də hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, günün birinci yarısında 9 dərəcəyədək isti, günün ikinci yarısında 3-5 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında sabah hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli, gün ərzində arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə və gündüz 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Mənbə: ANS PRESS

 

17 fevral 2016
GO BACK