İclas çərçivəsində ikitərəfli münasibətlərin hərtərəfli inkişafına, və əməkdaşlığın daha da irəliyə aparılması üçün bir sıra danışıqlar baş tutacaq, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regionda və dünyada baş verən hadisələr müzakirə olunacaq. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.Azərbaycana Rəcəb Tayyib Ərdoğanla yanaşı Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin gələcəyi gözlənilir.Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu dəfə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən il iyunun 12-də səfər edib.Qatı duman səbəbindən Gürcüstanın paytaxtı Tiflisin beynəlxalq hava limanı da 10-a yaxın aviareysi qəbul edə bilməyib. Qəbul edilə bilinməyən reyslər arasında İstanbuldan gələn reys də olub. Bu reys vasitəsilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstana gəlməli idi. Hava şəraitinə görə, M.Çavuşoğlunun Gürcüstana rəsmi səfəri təxirə salınıb.
Mənbə: Milli.Az