Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Report-a verdiyi məlumata görə, dumanın olmasına səbəb Azərbaycan ərazisində cənub küləyinin üstünlük təşkil etməsidir.Nazirlik rəsmisi bildirib ki, qatı duman barədə əvvəlcədən ictimaiyyətə məlumat verilib: "Dumanlı hava şəraiti günün sonuna qədər davam edəcək. Gün ərzində Bakıda arabir duman olacaq".
Mənbə: Milli.Az