Qadin.NET / "Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."

"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."

"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
İran İslam respublikasında fevralın 26-da keçiriləcək seçkidəki bəzi hallara dair fətvalar verilib. ANS PRESS-in məlumatına görə, bu barədə İranın ali dini lideriƏli Xamneyiyə aid internet saytında xəbərlər yayılıb.Dini lider seçkidə səs verməyin vacib, boş (etibarsız) səs verməyin isə haram olduğunu deyib. Əli Xamneyi seçki barədə fətvaları, bu istiqamətdə verilən sualları cavablayarkən verib.“Qadının ərindən icazə almadan səs vermək üçün evdən çıxması mümkündürmü?” sualına Xamneyi müsbət cavab verib. Dini lider bildirib ki, bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir.   Başqa bir sualda isə ali dini liderdən namizədlərin tanıdılması üçün onların arxasından danışmağın mümkün olub-olmadığı soruşulub. Xamneyi bu suala cavab verərək tanıdılması məqsədi ilə namizədlərin arxasınca danışmağın haram olmadığını bildirib.Əli Xamneyi başqa bir fətvada bildirib ki, boş səs vermək İran rejimini zəiflətmək hesab edildiyindən bu hal haram hesab edilir. 

Mənbə: ANS PRESS

 

17 fevral 2016
GO BACK