Mərkəzi Bankdan ANS PRESS-ə verilən məlumata görə, 17.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5675 səviyyəsində müəyyən olunub.Fevralın 16-na USD/AZN rəsmi məzənnəsi 1,5679 səviyyəsində olub. Onu da bildirək ki, ABŞ valyutası ötən həftəni 1,5745 manata başa vurmuşdu. Avrozonanın vahid valyutası olan avro həftəyə 1,7631 manatdan başlayıb. Rusiya rublu isə 0,0201 manatdır.
Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı iləüzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.
Mənbə: ANS PRESS