Qadin.NET / Xanımların nəzərinə: dişlərinizə diqqət edin

Xanımların nəzərinə: dişlərinizə diqqət edin

Xanımların nəzərinə: dişlərinizə diqqət edin
Hamiləlik dövründə dişlərin sağlamlığına diqqət etmədikdə bu, dünyaya gələn uşağın ağız və diş sağlamlığını da təhlükə altına alır.
Diş çürüyünə yol açan mikroorqanizmlər uşaqların dişi çıxmağa başlayan kimi onların çürüməsinə yol açır. Bu, həm də uşaqlarda süd dişlərinin qısa müddətdə çürüməsinə səbəb olur. Hamiləlik dövründə ağız suyunda turşu miqdarının artması dişlərin daha tez çürüməsinə şərait yaradır. Bununla yanaşı, ilk aylarda müşahidə edilən qusmadan sonra ağız təmizliyinə diqqət edilməzsə, dişlərdə çürümə riski artır.
Diş ətində hər hansı problem olan xanımların hamiləlik dövründə hormonların dəyişməsi səbəbilə sözügedən narahatlıq daha da arta bilər. Diş əti qanayan xanımlar çox vaxt dişləri fırçalamaqdan boyun qaçırırlar. Bu da dişlərin üzərində daha çox bakteriya əmələ gəlməsinə və diş ətinin şişməsi, qızarması və daha çox qanamasına yol açır.
Bunun qarşısını almaq üçün dişlərin təmizliyinə önəm verilməli və bol miqdarda "C" vitamini qəbul edilməlidir. Lakin yenə də mütəxəssislər hamilə qalmazdan əvvəl diş və diş ətlərinin müayinə olunmasının və uyğun müalicə metodunun tətbiq olunmasını vacib hesab edirlər. Bu dövrdə çürüklərin artmasının digər səbəbi də ürəkbulanmalarıdır. Belə olan halda, dərhal dişləri fırçalamaq doğru deyil. Çünki ağıza gələn mədə turşusu diş minasının yumşalmasına səbəb olur. Bu zaman dişlər fırçalanarsa, mina qatı zədələnir. Buna görə də ilk əvvəl dişlərə qarqara edilməli və 20 dəqiqə sonra fırçalanmalıdır.

Mənbə: Milli.Az

17 fevral 2016
GO BACK