Rusiya ilə Azərbaycan arasında gediş-gəliş həddindən artıq çox olduğundan Zika virusunun ölkəmiz üçün də təhlükəli olduğu qaçılmazdır. Virusun Azərbaycanın qonşuluğa qədər gəlib çatması əhali arasında müəyyən narahatçılıq yaradıb. Milli.Az bildirir ki, Səhiyyə Nazirliyindən Azvision.Az-a verilən məlumata görə, Zika virusuna görə narahat olmaq lazım deyil.Nazirlikdən bildirilib ki, ölkədə epidemioloji vəziyyət nəzarət atındadır, təşvişə düşməyə ehtiyac yoxdur."Qonşu ölkələrdə yayılan viruslara görə bütün qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycanda Zika virusu ilə əlaqədar təhlükə yoxdur. Hazırda bu istiqamətdə hansısa tədbirlərin həyata keçirilməsi gözlənilmir", - deyə nazirlikdən qeyd edilib.Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, ölkəmizdə olan xarici vətəndaşlar bu xəstəlik yayıldıqdan sonra öz ölkəsinə gedib yenidən Azərbaycana gəlibsə, o, hökmən karantinə alınmalı və müayinədən keçməlidir: "Ümumiyyətlə, virus yayılan dövrdən Azərbaycana daxil olan bütün xarici vətəndaşların hər biri yoxlanılmalıdır. Şübhəli əlamət olduqda həmin şəxslər müəyyən müşahidə üçün xəstəxanalara yerləşdirilməlidir. Bunlar vacibdir".Ekspertlərin fikrincə, dünyanı heyrətə gətirən Zika virusunun Rusiyada aşkar edilməsi qonşu ölkələr üçün real təhlükədir.Xatırladaq ki, Latın Amerikasında geniş vüsət almış Zika virusu 1947-ci ildə Uruqvayda tapılıb. Hazırda bu virus geniş yayılmağa başlayb.Məlumata görə, Cənubi, Mərkəzi və Şimali Amerikada üç-dörd milyon insan bu virusa yoluxa bilər. Zika virusunun qarşısının alınması üçün indiyədək heç bir vaksin və ya dərman yaradılmayıb.Xəstəlik əksər hallarda əlamət olmadan keçir, buna görə də virusu aşkar etmək çətindir.
Mənbə: Milli.Az