Milli.Az Report-a istinadən bildirir ki, avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edəcək.
İlk marşrut fevralın 20-də, saat 7:30-da Naxçıvan Şəhər Avtovağzalından yola düşəcək.Bir nəfər üçün biletin qiyməti 27 manatdır.Qeyd edək ki, biletlər muxtar respublika ərazisindəki avtovağzallarda satılacaq.
Mənbə: Milli.Az