Qadin.NET / Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsi qaydaları dəyişdi

Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsi qaydaları dəyişdi

Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsi qaydaları dəyişdi
Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə prezident İlham Əliyev fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli fərmanının icrası ilə əlaqədar qərara alıram:

"Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, в„– 12, maddə 1063; 2010, в„– 7, maddə 610; 2014, в„– 11, maddə 1422) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci və 2.2-ci bəndlər ləğv edilsin.

2. 2.3-cü bənddən ", Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kadastr məlumatları əsasında" sözləri çıxarılsın".

Mənbə: Milli.Az

16 fevral 2016
GO BACK