Amerikalı müğənni Teylor Svift 1989 albomuna görə "İlin ən yaxşı vokal pop-albomu" nominasiyasında qalib olub.
Bu kateqoriyada Svift populyar ifaçılar Kelli Klarkson, Ceyms Teylor, "Florence + The Machine" və Mark Ransornu üstələyib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Sviftin "Bad Blood" mahnısı "Ən yaxşı musiqili klip" nominasiyasında qalib olub. Reper Kendrik Lamarın "Alright" mahnısı "Ən yaxşı rep-çıxış" və "Ən yaxşı rep-mahnı" sayılıb.
Kendrik Lamar habelə "To Pimp a Butterfly" albomuna görə "Ən yaxşı rep-albom" nominasiyasında "Grammy" alıb.
"İlin ən yaxşı albomu" nominasiyasında Bruno Mars və Mark Ronson "Uptown Funk" mahnısı ilə qalib gəliblər.
"Ən yaxşı mahnı" adına britaniyalı Ed Şiranın "Thinking Out Loud" mahnısı layiq bilinib.
"Ən yaxşı musiqi filmi" nominasiyasında mərhum Emi Uaynhaus barədə "Emy" lenti, "Ən yaxşı metal albom"da - İsveçin "Ghost"! hevi-metal qrupunun "Cirice" albomu", "Ən yaxşı rok-albom" nominasiyasında "Muse"nin "Drones"i, "Ən yaxşı alternativ rok-albom"da - "Alabama Shakes"in "Sound&Color"u, "Ən yaxşı saundtrek" nominasiyasında meksikalı bəstəkar Antonio Sançesin "Birdman" filminə yazdığı musiqi, "Kino üçün ən yaxşı musiqi" nominasiyasında isə "Salma" filmi üçün reper Kommon və Con Leqendin ifa etdikləri "Glory" qalib gəlib.
Mənbə: Milli.Az