Keçmiş nazir ölkənin müstəqilliyinin birinci günlərindən etibarən Türkiyənin Ermənistanla bağlı apardığı siyasətə diqqət yetirməyə çağırıb."1990-cı illərdə Türkiyə Qarabağın qaytarılmasını tələb edərək bizim sərhədlərimizə öz ordusunu gətirdi. Türkiyə Ermənistanla sərhədi bağladı, bizim bu ölkə ilə diplomatik əlaqələrimiz dayandırıldı. Bu öz növbəsində düşmənçiliyin təzahürüdür. Türkiyə Rusiya bazasının və Rusiya sərhədçilərinin ölkədən çıxardılmasını, Atom Elektrik Stansiyasının bağlanmasını tələb edirdi. Türkiyə hər şeyi edir ki,Ermənistan öz mövcudluğunu itirsin", - deyə sabiq-nazir qeyd edib.İdrak CamalbəyliO sözlərinə əlavə edib ki, Türkiyə yuxarıda sadalananların hamısını Rusiya ilə münasibətlərin gərginləşməsinə qədər edib.Qeyd edək ki, Türkiyə ordusu Tansu Çillərin başçılıq etdiyi hökumətin vaxtında Ermənistanla sərhədə gətirilmişdi . O zaman Ermənistan Müdafiə Nazirliyinə Vaqarşak Arutünyan başçılıq edirdi.
Mənbə: ANS PRESS