Qadin.NET / Qarabağın ən son görüntüləri-Video

Qarabağın ən son görüntüləri-Video

Qarabağın ən son görüntüləri-Video
Farslar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər ediblər. ANS TV-nin məlumatına görə, iranlı turistlər Azərbaycanın işğal olunmuş rayonlarını əks etdirən kadrları çəkərək internetdə yerləşdiriblər.Görüntülərdə səfalı torpaqlarımız əks olunur. Həmçinin Azərbaycan mahnılarının sədaları altında səfər haqqında danışılır.Dağlıq Qarabağda separatçı rejim1980-cı illərin sonunda və 1990-cı illərin əvvəlində bu bölgədə baş verən etnik qarşıdurmalar və Ermənistanın Dağlıq Qaqabağ Muxtar Vilayətini (DQMV) özünə birləşdirmə tələbləri Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olur.Ermənistan ordusu DQMV-ni və ona qonşu 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal edir. 1994-cü ildə Bişkəkdə atəşkəs sazişi imzalanır.Dağlıq Qarabağda separatçı rejim 1991-ci ildə müstəqillik elan edir. Heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu "müstəqillik" indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmayıb.

Mənbə: ANS PRESS

 

15 fevral 2016
GO BACK