Qadin.NET / Suriyada döyüşən dövlətlərin gizli planları

Suriyada döyüşən dövlətlərin gizli planları

Suriyada döyüşən dövlətlərin gizli planları
Türkiyə-Suriya sərhədində  türk topçu birlikləri Demokratik Birlik Partiyasının (PYD) hədəflərini bombalamağa davam edir.  ANS PRESS-in məlumatına görə, Türkiyənin yerli istehsalı olan “Fırtına” özüyeriyən topları ilə 17 saat ərzində 50 hədəfə atəş açılıb. Türkiyə hərbi əməliyyatlara başlamamışdan əvvəl ABŞ dövlət katibi Con Kerribəyan edib ki,  Suriyaya dair Münhendə keçirilən danışıqlarda bütün ölkə ərazisində “hərbi əməliyyatların dayandırılması” barədə razılıq əldə olunub.Amma  atəşkəsin əldə olunduğu heç də hiss olunmur. Çünki Rusiya, İran, ABŞ,Fransa, Almaniya, Türkiyə, Səudiyyə Ərəbistanı və digər güclü dövlətlər özlərinin maraqlarını diqtə etməyə başlayıblar. Dövlətlərin əksəriyyəti isə Suriyaya İŞİD terror təşkilatına qarşı mübarizə aparmaq adı altında daxil olurlar. İran, Rusiya və digər maraqlı güclər öz dəstəklədiyi qüvvələrin irəliləməsi  üçün Suriya ərazisini  havadan bombalayır, silahlılar isə yeni ərazilər tutmaqda davam edirlər.  Bütün bunlar Türkiyə sərhədlərində baş verir. Sərhəddəki kürd silahlıların yeni ərazilər tutması isə Türkiyənin maraqlarına uyğun gəlmir. Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın dəstəklədiyi  PYD  silahlılarının Türkiyə sərhədlərində yeni ərazilər ələ keçirməsi rəsmi Ankaranı əməliyyatlara başlamağa məcbur etdi. “Əgər Türkiyə onların qarşısını almasa, bu, böyük PYD və PKK-nın güclənməsi ilə nəticələnəcək. Əvvəllər  İŞİD Kobaniyə hücum etdikdə peşmərgələr onlara qarşı mübarizə aparırdı.  Amma sonradan Rusiya və İranla birləşərək türkmən kəndlərini bombalamağa başladılar. Bu, Rusiyanın maraqlarına uyğun olsa da Türkiyə üçün bunu demək olmaz”, - deyə politoloq bildirdi. 

Mənbə: ANS PRESS

 

15 fevral 2016
GO BACK