Qadin.NET / Xəzərdən atılan raket xəstəxananı dağıtdı

Xəzərdən atılan raket xəstəxananı dağıtdı

Xəzərdən atılan raket xəstəxananı dağıtdı
Rusiya Xəzərdən buraxdığı raketlərlə Suriyada məktəb və xəstəxanaya zərbə endirib”. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu, Ukraynanın baş naziriArseni Yatsenyuk ilə görüşündə bildirib.

ANS PRESS-in  Türkiyənin İHA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Suriyanın Hələb şəhərinin şimalında yerləşən Azəz rayonuna havadan 10 raket zərbəsi endirib. Rus döyüş təyyarələrinin bombardımanı nəticəsində raketlərdən biri uşaq xəstəxanasının yaxınlığına  düşüb.Hadisə nəticəsində 14 nəfər həlak olub. Yaralanan  35 nəfər Türkiyəyə Kilis dövlət xəstəxanasına  gətirilib. Onlardan 10-u uşaqdır.Türkiyə tərəfinin ittihamlarına Rusiya tərəfindən heç bir reaksiya verilməsə də, dəfələrlə vurğulanıb ki, Rusiya yalnız terrorçuların olduğu bölgələrə hava zərbələri endirir.Əhməd Davudoğlu  bildirib ki, beynəlxaq qurumlar baş verən hadisələrə münasibət bildirməsələr bunun fəsadları daha da böyük olacaq.  Suriyaya türk qoşunlarının girməsi iddialarını rədd edən nazir Əsəd rejimini dəstəkləyən Rusiya və digər ölkələri Suriyada insanlara qarşı cinayət törətməkdə  və beynəlxaq hüquq prinsiplərini pozmaqda günahlandırıb.Əhməd Davudoğlu Rusiyanın Türkiyə ilə Hələb arasındakı humanitar yardım dəhlizini bağlamasını misal çəkərək, rəsmi Moskvanın niyyətinin Suriyada daha çox qətliyam həyata keçirmək olduğunu diqqətə çatdırıb. “Münhen və Cenevrədə diplomatik teatr oynanılır və Suriya xalqı zərər çəkməkdə davam edir. Bu beynəlxaq ictimaiyyətdə böyük fəsadlar törədə bilər. Biz Türkiyə olaraq, Suriyada və Hələbdəki qardaşlarımızın yanında olacağıq. Rusiyanın bir oyuncağı olan YPG hücumlarına davam edərsə, onlara ən güclü şəkildə cavab verməyə hazırıq”.-deyə baş nazir əlavə edib.Suriyada Türk Hərbi qüvvələrinin olduğu iddialarına isə baş nazir “hazırda Suriyada heç bir Türk Silahlı Qüvvələri yoxdur” deyə cavablandırıb. “Hazırda 3 ölkənin Gürcüstan, Ukrayna və Suriyanın ərazi bütövlüyü Rusiyanın  işğalı ilə üz-üzədir. Ermənistana verdiyi dəstək dolayısı ilə Azərbaycanında ərazi bütövlüyünü pozulmasına səbəb olub” deyə Davudoğlu xatırladıb.

Mənbə: ANS PRESS

 

15 fevral 2016
GO BACK