Qadin.NET / Yaxınları Dilqəm və Şahbazı görə bilərlər

Yaxınları Dilqəm və Şahbazı görə bilərlər

Yaxınları Dilqəm və Şahbazı görə bilərlər
Beynəlxalq Qızıl Xaç Komitəsinin əsas vəzifələrindən biri həbs olunan şəxslərlə ailələri arasında əlaqə yaratmaqdır.

Azvision .Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri Komitənin Ermənistan ofisinin rəhbəri Karolin Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələri ilə "Skype" vasitəsilə danışması ilə bağlı BQXK rəhbərliyi ilə razılıq əldə olunmasına dair suala cavabında deyib. Onun sözlərinə görə, bu iş Qızıl Xaç tərəfindən yazılı şəkildə həyata keçirilir: "Komitə nümayəndəsinin köməyi ilə telefon əlaqəsi yaratmaq mümkün olur. "Skype" vasitəsilə əlaqə qurmağa gəlincə isə bununla bağlı qərarı hakimiyyətlər verməlidir" .Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Mənbə: Milli.Az

 

15 fevral 2016
GO BACK