Qadin.NET / Zəlzələ qayaları uçurdu

Zəlzələ qayaları uçurdu

Zəlzələ qayaları uçurdu
Yeni Zelandiyanın Christchurch şəhərində zəlzələ qayaların uçmasına səbəb olub.
Milli.Az BBC-yə istinadən bildirir ki, Valentin günü baş vermiş zəlzələdə hər hansı ciddi bir ziyanın dəymədiyi və ölənlərin olmadığı bildirilir.
Qayaların uçaraq dənizə töküldüyü zaman şəhərin şərqindəki çimərliklərdə çoxlu insan olub. Zəlzələ 5,7 bal gücündə baş verib.
2011-ci ildə baş vermiş zəlzələ nəticəsində şəhər mərkəzi dağılmış və 185 nəfər həlak olmuşdu.
Yeni Zelandiya Alov Halqasının üzərində yerləşir. Burda müntəzəm zəlzələ və vulkan püskürmələri baş verir.

Mənbə: Milli.Az

15 fevral 2016
GO BACK