Qadin.NET / Qadın güləşçilərimiz 7 medal qazandı

Qadın güləşçilərimiz 7 medal qazandı

 

Qadın güləşçilərimiz 7 medal qazandı

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçirilib.

 

Milli.Az "Report"a istinadən bildirir ki, turnirdə iştirak edən Azərbaycanın qadın güləşi üzrə yığma komandası 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Qızıl medallara Mariya Stadnik (48 kq) və Nataliya Sinişin (58 kq) sahib olub. Stadnik keçirdiyi 4 görüşdə rəqiblərinə 1 xal belə verməyib. Finalda o, yerli idmançı Oleksandra Kohutu məğlub edib. Sinişin isə yarımfinalda komanda yoldaşı Yuliya Ratkeviçdən minimal hesabla üstün olub, finalda yerli idmançı Oksana Herheli məğlub edib.
55 kq. çəki dərəcəsində mübarizə aparan Anjela Doroqan turnirin gümüş medalına yiyələnib.
Bürünc medalları Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), Tatyana Omelçenko (60 kq) və Gözəl Zutova (69 kq) qazanıb.
63 kq.-da mübarizə aparan İrina Netreba bürünc medal görüşündə macar dünya çempionu Marianna Sastinə uduzaraq turniri 5-ci sırada tamamlayıb. Eyni pilləni tutan daha bir güləşçi isə zədə səbəbindən mübarizəni davam etdirə bilməyən Leyla Qurbanova (53 kq) olub.

Mənbə: Milli.Az

15 fevral 2016
GO BACK