Qadin.NET / Hamiləlik zamanı saçları kəsmək və boyamaq olarmı?

Hamiləlik zamanı saçları kəsmək və boyamaq olarmı?

 

Hamiləlik zamanı saçları kəsmək və boyamaq olarmı?

Bu sual hamilə qadınların əksəriyyətini maraqlandırır.

 

Tanışlardan, rəfiqələrdən qadınlar tez-tez eşidir ki, hamiləlik zamanı saçları kəsmək və boyamaq olmaz ki, bu uşağın sağlamlığına ziyan vura bilər.

Həqiqətdə saçların kəsilməsi hamiləliyə heç bir mənfi təsir etmir. Bu səbəbdən hamilə qadın özünə istədiyi saç kəsimi seçə bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, saçların boyanmasına gəldikdə isə həkimlərin əksəriyyəti bunu hamiləliyin ilk 3 ayı ərzində etmək məsləhət etmirlər. Məsələ burasındadır ki, saç boyaların tərkibində müxtəlif orqanizmə zərər verə bilər maddələr var.  İlk növbədə bu ammonyak, hidrogen peroksidi, rezorsin və s. maddələrdir. Saç boyası saçlarda 30 dəqiqə və hətta daha artıq müddət ərzində qalır. Bu müddət ərzində bu maddələr baş dərisinə düşərək kiçik miqdarlarda olsa da qadının qanına sorulur. İlk 3 ay ərzində ciftin formalaşması prosesi gedir və bu müddət ərzində döl hələ ki ciftlə tam müdafiə olunmur. Bu səbəbdən bu və digər ziyanlı maddələr nisbətən asan ana qanından dölün qanına düşə bilər.

Hamiləliyin təxminən 16-cı həftəsində cift tam formalaşır və bundan sonra qadın saçlarını boyaya bilər. Lakin bu halda müəyyən qaydalara riayət etmək lazımdır:

- ammonyak tərkibli davamlı boyalardan imtima edin. Hal hazırda satışda müxtəlif tərkibində ammonyak olmayan saç boyaları var (boyanın qutusunun üzərində "без аммиака" qeydi var). Orqanik boyalar, xüsusi köpüklər və şampunlar davamlı effekt verməsələr də, orqanizm üçün, demək olar, tam ziyansızdır. Ən ziyansız boyalar isə təbii boyalardır - xına və basma. Bu təbii boyalar həm də saçların keyfiyyətini yaxşılaşdırır, onları daha möhkəm edir. Bildiyimiz kimi, hamiləlik zamanı saçlar nazilir və tökülür.

- salona səhər saatlarında gedin ki, orada olan hava daha təmiz olsun.

- hamiləlik zamanı qadının immuniteti zəifləyir və bunun nəticəsində hətta allergiyaya meyilli olmamayan qadınlarda saç boyası allergik reaksiya verə bilər. Bu səbəbdən saçları boyadıqdan əvvəl belə bir test edin. Axşamdan  boyanın kiçik hissəsini qulaqın axrasına çəkin və səhər nəticəni qiymətləndirin. Əgər dəridə qızarma, qaşınma və s. olarsa, saç boyasını dəyişin.

Qadında allergiyaya meyillik olarsa, hamiləlik zamanı saçları boyamaq məsləhət deyil.

- hamiləlik zamanı qadının hormonal fonu kəskin dəyişilir və bu səbəbdən istədiyiniz rəng alınmaya bilər (daha tünd və ya daha açıq, qeyri-bərabər rəng, "ləkəli" saçlar). Bu səbəbdən əvvəl boyanı saçın kiçik dəstəsində yoxlayın. Nəticə sizi qane edərsə, bütün saçlarınızı boyaya bilərsiniz.

- hamiləlik zamanı "melirovaniye" və "kolorirovaniye" kimi müasir üsullara üstünlük verin. Bu zaman saç boyası dəri ilə təmasda olmur və bu səbəbdən onun tərkibində olan maddələr ananın qanına düşmür.

Beləliklə, hamiləlik zamanı müəyyən qaydalara riayət etməklə saçları boyamaq olar.

Mənbə: Milli.Az

15 fevral 2016
GO BACK