Qadin.NET / Azərbaycanda universitetlərin sayı azala bilər

Azərbaycanda universitetlərin sayı azala bilər

Azərbaycanda universitetlərin sayı azala bilər
Nazirlər Kabineti orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı qərar verib.

ANS PRESS-in məlumatına görə, 14 kollec birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib. 
Kolleclərin birləşdirilməsi Azərbaycanda bəzi ali təhsil müəssisələrinin də birləşdirilməsi məsələsini gündəmə gətirir. Nəzərə almaq lazımdır ki, bir çox ali təhsil müəssisələrində bir-birini təkrarlayan fakültələrin və ixtisasların tədris edilməsi onların bəzilərinin birləşə biləcəyini mümkün edir. Hazırda Azərbaycanda 53 filial da daxil olmaqla dövlət və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. Amma bu təhsil ocaqlarında bir-birini təkrar edən, eyni istiqamətli fakültələrin sayı həddindən artıq çoxdur. Halbuki bu fakültələrin məzunlarının əksəriyyəti universiteti bitirdikdən sonra öz ixtisasları üzrə fəaliyyət göstərmirlər. Bu isə ixtisaslı kadrların yetişdirilməsi əvəzinə, daha çox plan yerlərinin doldurulmasına xidmət edir.XXI Əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin sözlərinə görə, eyni ixtisaslar olan ali məktəblər rasionallaşmalıdır. 

“Azərbaycanda bəzi ali təhsil müəssisələrinin də birləşdirilməsinə ehtiyac var. Hansı ali məktəbin kadr hazırlığı yüksək səviyyədədirsə, bunlar analiz olunmalı və onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində iş görülməlidir. Bəzi universitetlərdə təkrar ixtisaslar tədris olunur”, - deyə mütəxəssis bildirdi. 

Mənbə: ANS PRESS

14 fevral 2016
GO BACK