Qadin.NET / Əliyev türkiyəli həmkarı ilə Gəncədə görüşəcək

Əliyev türkiyəli həmkarı ilə Gəncədə görüşəcək

Əliyev türkiyəli həmkarı ilə Gəncədə görüşəcək
Gəncədə dövlət başçılarının sədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana baş tutacaq səfərinin vaxtı bəlli olub.ANS PRESS-in İHA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfər fevral ayının 18-də baş tutacaq. Türkiyənin Prezident Administrasiyasının mətbuat mərkəzinin məlumattına görə, Ərdoğan səfəri  zamanı Gəncə şəhərinə gedəcək.Səfər zamanı Gəncədə dövlət başçılarının sədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.Bildirilir ki, iclas çərçivəsində ikitərəfli münasibətlərin hərtərəfli inkişafına, və əməkdaşlığın daha da irəliyə aparılması üçün bir sıra danışıqlar baş tutacaq,Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regionda və dünyada baş verən hadisələr müzakirə olunacaq. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.

Mənbə: ANS PRESS

 

14 fevral 2016
GO BACK