Qadin.NET / Bu standart azərbaycanlıların xasiyyətini dəyişəcək

Bu standart azərbaycanlıların xasiyyətini dəyişəcək

Bu standart azərbaycanlıların xasiyyətini dəyişəcək
Bakıdan xaricə, xüsusilə qərb ölkələrinə tez-tez gedib-gələnlərdə bir adət var: bu adamlar diş pastasından tutmuş Çin istehsalı coraba qədər xalq istehlak mallarının əksəriyyətini Qərbdən gətirməyə çalışırlar. 
ANS PRESS-in araşdırmasına görə, Qərbə az-az gedən şəxslərin yaxınları onlardan bu qəribə vərdişin səbəbini soruşduqda deyirlər: ”Nəsə, Qərbdə satılan eyni Çin malı bizdə satılandan qat-qat keyfiyyətli olur. Parfümeriya məhsulları da onun kimi, böyük ehtimalla Qərbdə satılanlar təbii məhsullardan istehsal edilib”. 
Marketoloq Samir Kərimov ANS PRESS-ə müsahibəsində bu cür düşüncələri müəyyən qədər psixoloji amillə əlaqələndirib: “Parfümeriya şirkətləri bütün dünyada təxminən eyni qiymətə mal satırlar. Cüzi fərq ticarət marjasında olur. Ona görə də bu malları satan şirkətlər, təbii ki, keyfiyyəti hər yerdə qoruyurlar. Buna görə də diş pastasını və hansısa parfümeriyanı Qərbdən alıb gətirməyə heç bir eyhtiyac yoxdur”. 

Mənbə: ANS PRESS

13 fevral 2016
GO BACK