Qadin.NET / Azərbaycan daha bir şəhid verdi

Azərbaycan daha bir şəhid verdi

Azərbaycan daha bir şəhid verdi
Azərbaycan Ordusunun fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəsin pozması nəticəsində şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.APA-nın xəbərinə görə, kiçik çavuş, 1994-cü il təvəllüdlü Zeynalov Elmir Sərxan oğludoğulduğu Əhmədabad kənd qəbristanlığında dəfn edilib. Dəfn mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri, mərhum hərbçinin xidmət etdiyi hərbi hissəsinin rəhbərliyi, döyüşçü yoldaşları iştirak ediblər.Komandirləri Elmir Zeynalovun nümunəvi hərbçi olduğunu, döyüş tapşırıqlarını hər zaman layiqincə yerinə yetirdiyini bildiriblər.Daha sonra yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb.Qeyd edək ki, Elmir Zeynalov ailənin tək oğul övladı olub. 

Mənbə: Milli.Az

13 fevral 2016
GO BACK