Qadin.NET / Moskvadan Qərbə müharibə xəbərdarlığı

Moskvadan Qərbə müharibə xəbərdarlığı

Moskvadan Qərbə müharibə xəbərdarlığı
Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev Suriyada istənilən yerüstü əməliyyatların keçirilməməsi üçün xəbərdarlıq edib.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, bu, Yer kürəsində növbəti müharibənin başlanmasına səbəb ola bilər.Bu bəyanatı Rusiya hökumətinin rəhbəri Münhen konfransının ərəfəsində Almaniyanın "Handelsblatt" nəşrinə verdiyi müsahibəsində bildirib."İstənilən yerüstü əməliyyatlara bir qayda olaraq müharibənin permanent olmasına gətirib çıxarır. Əfqanıstanda nə baş verdiyini, bir sıra digər ölkələrdə baş verən hadisələrə baxın. Bədbəxt Liviyanı heç demirəm", - baş nazir Səudiyyə Ərəbistanının Suriyaya xüsusi təyinatlıları göndərməyə hazır olmasına dair bəyanatını şərh edərkən bildirib.Baş nazirin sözlərinə görə, yerüstü əməliyyat - "iştirak edən hər kəsin, müharibəyə inteqrasiyası deməkdir"."Amerikalılar ölçüb-biçməlidirlər - və ABŞ prezidenti də, bizim ərəb tərfədaşlarımız da: onlar permanent müharibə istəyirlər? Onlar bu müharibəni tez bir zamanda udacaqlarını düşünürlər? Belə olmur, xüsusilə də ərəb dünyasında. Orada hamı bir-birinə qarşı döyüşür", - Medvedyev deyib.Onun sözlərinə görə, belə müharibə illərlə və hətta on illərlə sürə bilər."Bu nəyə lazımdır? Yer kürəsində yeni müharibəyə başlamaq yox, Rusiyanın da, amerikalıların da, təkzib etsələr də türklərin də tətbiq etdikləri sərt tədbirlər görərək hamını danışıqlar stolunun axasına oturmağa məcbur etmək lazımdır. Biz bütün bunların hansı ssenari üzrə getdiyini bilirik", - baş nazir sözünü yekunlaşdırıb.

Mənbə: Milli.Az

 

12 fevral 2016
GO BACK