Qadin.NET / Bakının ən hündür zonasında çatlar yarandı

Bakının ən hündür zonasında çatlar yarandı

Bakının ən hündür zonasında çatlar yarandı
Son günlər havaların yağışlı keçməsi nəticəsində Bayıl massivində sürüşməyə meyilli ərazilərdə aktivləşmələr müşahidə olunur. 
ANS PRESS-in məlumatına görə, aktivləşmə daha çox istinad divarlarında hiss olunur. 
Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidəsinə yaxın ərazilərdə apardığımız müşahidələr göstərdi ki, hər ay çatlar müəyyən qədər genişlənir. Hətta bunu sürüşmə baş verən ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq məqsədilə istifadə etdiyi gips mayaklardan da görmək olar.
Çünki Bayıl yamacında yerləşən istinad divarında 08.09.2015-ci ildə aparılan yoxlanışlar zamanı divara yerləşdirilən gips mayaklardan görünür ki, hazırda çatlar genişlənməkdə davam edir. 

Mənbə: ANS PRESS

11 fevral 2016
GO BACK