Şirkət rəhbərliyi ötən ilin sonuncu rübünün göstəricilərini açıqlayıb. Məruzədə qeyd olunur ki, şirkətin gəlirləri 90 milyon dollar azalıb. Rəhbərlik bildirib ki, şəbəkənin aylıq fəal istifadəçilərinin sayı artıq iki aydır ki, dəyişməz olaraq qalır.
Ay ərzində istifadəçilərin sayı orta hesabla 320 milyon təşkil edib. Bu, “Twitter” tarixində bir ilk hesab olunur.
Şirkətin 2014-cü ildəki fəaliyyəti daha uğurlu olmuşdu. Həmin ilin 4-cü rübündə “Twitter”in gəlirləri 48 faiz artaraq 710 milyon dollar təşkil etmişdi.
“İstifadəçi sayının artmaması, lakin yaxşı maliyyə göstəriciləri ilə “Twitter” hələlik biznesini necə canlandıra biləcəyini göstərməyib”. İnformasiya texnologiyası sahəsində araşdırma aparan Qartner şirkətinin tədqiqatçısı Brayan Blau belə deyib.
Mənbə: ANS PRESS