Qadin.NET / Bakı metrosunda havayı internet

Bakı metrosunda havayı internet

Bakı metrosunda havayı internet
Azərbaycanın informasiya texnologiyaları bazarındakı mənbələrdən Milli.Az-a verilən məlumata görə, Bakı metrosunda pulsuz internet xidmətinin tətbiq edilməsi planlaşdırılır. 

Mənbənin məlumatına görə, plana görə, yaxın zamanlarda sərnişinlərə metronun stansiyalarında, eləcə də vaqonlarda pulsuz olaraq WI-FI sisteminə qoşulma imkanının yaradılması nəzərdə tutulur.Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hazırda metroda pulsuz internet xidmətinin tətbiqi məsələsi gündəmdə deyil və bununla bağlı müzakirələr aparılmır:"Bu söhbət əslində çoxdan var. Sərnişinlər tərəfindən dəfələrlə pulsuz WI-FI-ın olması istəyi bildirilib. Hətta bəzi provayderlər də metroda belə bir xidmətin yaradılmasını təklif ediblər. Lakin hazırda metroda pulsuz internet məsələsi ilə bağlı konkret heç bir şirkətlə danışıqlar, müzakirələr aparılmır".

Mənbə: Milli.Az

 

11 fevral 2016
GO BACK