Qadin.NET / 25 ildir qum yeyir

25 ildir qum yeyir

25 ildir qum yeyir
Hindistanda 25 ildir qum və daş yeyən adam görənləri heyrətə salır. 

Çərəz hesab edərək qum və daş yeyən kişi heç xəstələnmədiyini deyir. 45 yaşlı kişinin qəribə adəti kəndlilərin ona "qum adam" adı verməsinə səbəb olub. "Qum adam" bu adəti haqqında bəzi açıqlamalar verib: "Gənc yaşda daş yeməyə başlamışdım. Qumun içindəki minerallar mənə enerji verir. Dişlərimlə ən sərt qaya parçalarını belə çeynəyə bilərəm".Milli.Az Musavat-a istinadən xəbər verir ki, Hindistanın Uttar Prades adlı bölgəsindəki həkimlər onun "pica" adlı xəstəlikdən əziyyət çəkdiyini deyirlər. Bu xəstəliyin daşıyıcıları yeyilməyən əşyaları yemək istəyirlər. Hindli kişi bəzən qum tapmadığı zaman qonşuların divarlarını oyduğunu deyir. Dostları onu bu adətindən vaz keçirməyə çalışsalar da, heç bir nəticə əldə edə bilməyiblər.

Mənbə: Milli.Az

11 fevral 2016
GO BACK