Qadin.NET / Neft bolluğu problemlər yaradacaq

Neft bolluğu problemlər yaradacaq

 

Neft bolluğu problemlər yaradacaq

"Neftin bahalaşması “yalnış həyəcandır”. Belə ki, neft bolluğu amili daha da pisləşəcək." ANS PRESS-in məlumatına görə, bu açıqlama Beynəlxalq Enerji Agentliyindən gəlib. Agentliyin hesablamalarına görə, cari ilin ilk rübünə qədər dünyanın neft ehtiyatları günə 2 milyon barelə qədər artacaq. 
Yanvar ayında Brent markalı nefti son 13 ildə ən aşağı qiymətə 27.6 dollara düşüb. Sonrada qara qızılın qiymətində bir qədər canlanma olsa da, dünən yenidən 7.2 faiz ucuzlaşaraq 30.50 dollar olub. 
Beynəlxalq Enerji Agentliyinin ekspertləri hesab edir ki, 2016-cı ilin ikinci yarısında qlobal neft bazarlarına 300 milyon barelə yaxın neft çıxarıla bilər. Hesabata görə bu rəqəmlər özünü doğruldarsa, artıq neftin içində “üzən” bazarda, qiymətlərin yenidən yüksək səviyyəyə qalxması müşkil ola bilər. 
Agentliyin proqrnozlarına əsasən neftə olan tələb azalmağa davam edəcək. Bu il neftə olan tələbin günə 1.6 milyon bareldən 1.2 milyon barelə düşəcəyi gözlənilir. OPEK-in neft kartelinə üzv olmayan dövlətlərlə hasilatı azaltmaqla bağlı danışıqlar aparması faktı da, Agentliyin bədbin proqnozlarına təsir göstərə bilməyib. Qurum 2014-cü ilin 100 dollardan yüksək neft qiymətlərinin yaxın zamanda gözlənilmədiyini hesab edir.

 

Mənbə: ANS PRESS

10 fevral 2016
GO BACK