Qadin.NET / Bu il körpələrə ən çox qoyulan adlar

Bu il körpələrə ən çox qoyulan adlar

Bu il körpələrə ən çox qoyulan adlar
Bu il Azərbaycanda doğulan uşaqlara ən çox verilən adlar açıqlanıb. Ədliyyə NazirliyindənANS PRESS-ə verilən məlumata görə, oğlan adları arasında ən çox verilən Yusif olub. Belə ki, bu il 128 uşağa bu ad verilib. 
İkinci pillədə Hüseyn qərarlaşıb. Yeni ildə doğulan 94 oğlan bu adla adlandırılıb. İlk üçlüyü 80 nəfərlə Əli bağlayır. Onu 68 və 45 adla müvafiq olaraq Ömər və Məhəmməd izləyir. 
Qız adları arasında da hər il olduğu kimi dini adlar üstünlük təşkil edir. 2016-cı ildə doğulan 93 körpə Zəhra adlandırılıb. Onu Nuray (103), Fatimə (70), Aylin (63) və Ayan (54) izləyir.

Mənbə: ANS PRESS

9 fevral 2016
GO BACK