Valideynlərin dediklərinə görə, onlar uşaqların piqmentasiyasının fərqli olduğunu doğuşdan sonra sezməyiblər.Milli.Az The Sun-a istinadən bildirir ki, ağ dərili Anayya anası Hannanın, Mila isə atası Kaylın genlərinin daşıyıcısıdır.Əkiz bacıların dərilərindəki rəng fərqi onların yaşamlarının 4-cü həftəsində aşkar sezilməyə başlanıb."10 aylıq qızlarımın əkiz bacılar olduğuna çoxları inanmır. Hətta marketə gedəndə də bu qızların mənim balalarım olduğunu soruşurlar", - Hanna deyib.Uşaqların xasiyyətləri də fərqlidir. Anayya ilə müqayisədə Mila daha fəal, hərəkətlidir.
Mənbə: Milli.Az