Qadin.NET / Prezidentin maşın yoluna xalça döşəndi

Prezidentin maşın yoluna xalça döşəndi

 

Prezidentin maşın yoluna xalça döşəndi

Misir prezidenti Əbdülfəttah əs-Sisinin kartejinin yoluna qırmızı xalça sərilməsi ölkədə qızğın mübahisələrə yol açıb. 
ANS PRESS-in məlumatına görə, Sisi və hökumət rəsmilərinin Qahirənin 6 Oktyabr adlı məhəlləsinə səfər zamanı maşınlar üçün də yol boyu uzun bir qırmızı xalça sərilib.Dövlət başçısının adı ilə bağlı olan bu hadisə ölkədə narazılıqlara səbəb olmaqla yanaşı bəziləri tərəfindən "israfçılıq edildiyi" şərhlərinə səbəb olub. Rəsmilər isə xalçanın Misir xalqını əyləndirmə məqsədi ilə istifadə edildiyini bildirib. Misirin müdafiə və hərbi sənaye naziri olmuş Əbdülfəttah əs-Sisinin prezdent seçildikdən sonra ölkədə bəzi narazılıqlar meydana gəlib. 

Prezidentin maşın yoluna xalça döşəndi

Mənbə: ANS PRESS

 

9 fevral 2016
GO BACK