ANS PRESS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qurban Nəzirov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsindən azad edilib. O, QSC-də Yolun Hərəkətinin Təhlükəsizliyi üzrə baş inspektor təyin olunub.
Dövlət başçısının digər sərəncamı ilə Hicran Valehov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib. Hicran Valehov bundan əvvəl sədrin müşaviri vəzifəsini icra edirdi. Daha əvvəl isə o, “Azəryolservis” ASC-nin sədrinin müavini olub.
Mənbə: ANS PRESS