Qadin.NET / 8 martda günəş tutulacaq

8 martda günəş tutulacaq

8 martda günəş tutulacaq
Bu ilin ilk günəş tutulma hadisəsi martın 8-9-na təsadüf edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutundan bildirilib. Bu nadir təbiət hadisəsini müşahidə etmək isə yalnız İndoneziya və Havay adalarının sakinlərinə müyəssər olacaq. Rusiya və postsovet ölkələri isə günəş tutulması hadisəsini müşahidə edə bilməyəcək. 
İnstitutdan verilən məlumata görə, Ay Günəş diskinin yalnız 10%-ni örtəcək.
İlin ikinci günəş tutulmasını isə 2016-cı il sentyabrın 1-də müşahidə etmək mümkün olacaq. Bu möhtəşəm təbiət hadisəsindən isə Mərkəzi Afrika sakinləri zövq ala biləcək.

Mənbə: ANS PRESS

8 fevral 2016
GO BACK