Qadin.NET / Hamilə qadınların nəzərinə: epidural anesteziya daha təhlükəsiz olub

Hamilə qadınların nəzərinə: epidural anesteziya daha təhlükəsiz olub

Hamilə qadınların nəzərinə: epidural anesteziya daha təhlükəsiz olub
Hal hazırda qeysəriyyə əməliyyatı zamanı bütün dünyada daha tez-tez epidural anesteziyadan (bel nahiyəsindən verilən narkoz) istifadə olunur.

Yalnız istisna hallarda ümumi narkoz tətbiq edilir.Milli.Az Sağlamolun.Az-a istinadən bildirir ki, Kolumbiya Universiteti alimləri qeysəriyə kəsiyi əməliyyatı zamanı bu anesteziya metodunun təhlükəsizliyi ilə bağlı geniş araşdırmalar aparıblar. Alimlər 2003-2012-ci illər ərzində qeysəriyyə kəsiyi əməliyyatı zamanı epidural anesteziya tətbiq olunan 800 minə yaxın qadınlar haqqında məlumatları analiz ediblər. Nəticədə məlum olub ki, bu illər ərzində ağırlaşmaların sayı 25% azalıb və hal hazırda yalnız 1000 qadından 7-də sağlamlıqla bağlı problemlər inkişaf edir.

ScienceDaily xəbər verir ki, alimlərin fikirinə görə, son 10 il ərzində epidural anesteziya daha təhlükəsiz olub və bu növ anesteziyadan qorxmağa ehtiyac yoxdur.

Mənbə: Milli.Az

 

8 fevral 2016
GO BACK