Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Temperaturun gecə 0-2, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.
Rayonlarda havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 5-10 dərəcə şaxta, dağlıq ərazilərdə 9-12 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta, Mərkəzi Aran rayonlarına gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Mənbə: ANS PRESS