Qadin.NET / Böyük dövlətlər Kimə qarşı hərəkətə keçdi

Böyük dövlətlər Kimə qarşı hərəkətə keçdi

Böyük dövlətlər Kimə qarşı hərəkətə keçdi
ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın raket buraxması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.
ANS PRESS-in məlumatına görə, üç ölkənin tələbi qəbul olunub. İclasın bu gün günorta saatlarında keçiriləcəyi gözlənilir.
Son məlumatlara görə, buraxılan raket 380 km hündürlükdə olan zaman radarlardan itib.
Şimali Koreya isə öz növbəsində bəyan edib ki, kosmosa buraxılan yeni peyk uğurla başa çatıb.

Mənbə: ANS PRESS

7 fevral 2016
GO BACK