Qadin.NET / Hələ belə bəy-gəlin fotosessiyası görməmişdiniz

Hələ belə bəy-gəlin fotosessiyası görməmişdiniz

Hələ belə bəy-gəlin fotosessiyası görməmişdiniz
Homs - bura bir zamanlar Suriyanın ən gözəl şəhərlərindən biri idi. Bu gün isə bu şəhərin yerində ancaq xarabalıqlar, kimsəsiz, yanmış, dağılmış küçələr, xaraba qalmış binalar qalıb. 
ANS PRESS-in məlumatına görə, bir fotoqraf daxili toqquşmalar, vətəndaş müharibəsi, bombardman nəticəsində xaraba qalan şəhərdə qeyri-adi fotosessiya edib. Josef Eid Homsun dağıntıları fonunda toy fotoları çəkib. 

Fotoqrafın qəhrəmanları Nada Merhi və Hassan Yusuf adlı gənclər olub. Onlar 5 il öncəyə kimi Suriyadakı etirazların paytaxtı olan və "inqilabın paytaxtı" adlandırılan Homsda evləniblər. Toy fotolarını da məhz doğma şəhərlərində çəkdirmək istəyiblər. Nəticədə isə ortaya vərdiş edilməmiş toy fotoları çıxıb. 
Hələ belə bəy-gəlin fotosessiyası görməmişdiniz
Xaraba qalan şəhərdə toy fotosessiyası


Qabarıq bəyaz gəlinliyini geyinən 18 yaşlı Nada və 27 yaşlı Hassan bu fotoları ilə savaşın çətin şərtlərinə baxmayaraq sevgi bağlarının heç zaman qopmayacağı mesajını vermək istəyib. Bununla da onlar gələcəkdə evliliklərinin də hər cür çətinliyin öhdəsindən gələ biləcəyini deyiblər. 
Hələ belə bəy-gəlin fotosessiyası görməmişdiniz
Nada Merhi və Hassan Yusuf


Suriyalı fotoqraf ruhlar şəhərinə çevrilən Homsda çəkilən toy fotolarının "həyatın ölümdən daha güclü olduğunu" göstərdiyini deyib. 
Hələ belə bəy-gəlin fotosessiyası görməmişdiniz

Hələ belə bəy-gəlin fotosessiyası görməmişdiniz
Suriyada toqquşmalar 2011-ci ilin mart ayından bəri başlayıb. Bu ölkədə hökumət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmalar yüz minlərlə insanın ölümünə səbəb olub. Suriyada hökumət əleyhinə etiraz aksiyaları ilk öncə dinc xarakterli olsa da, daha sonra nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Ölkə prezidenti Bəşər Əsədin tərəfdarları və ona qarşı olanlar arasında baş verən qanlı döyüşlər, İŞİD terrorçularının bəzi şəhərlərə nəzarəti ələ keçirməsi Suriyanın iqtisadiyyatına böyük miqyasda ziyan vurub. Onlarla şəhər, o cümlədən qədim tarixi abidələr terrorçuların hücumları nəticəsində yerlə-yeksan edilib. 

Hələ belə bəy-gəlin fotosessiyası görməmişdiniz

Hələ belə bəy-gəlin fotosessiyası görməmişdiniz

Mənbə: ANS PRESS

7 fevral 2016
GO BACK