Qadin.NET / "Facebook"un yaradıcısından Çin xalqına jest

"Facebook"un yaradıcısından Çin xalqına jest

"Facebook"un yaradıcısından Çin xalqına jest
"Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq çin dilində video çarx hazırlayıb. 
ANS PRESS-in məlumatına görə, milyarder həyat yoldaşı Pristsilla Çan və 2 aylıq qızı Maks ilə bərabər çinlilərin Yeni ilini təbrik edib. O, video çarxda qeyd edib ki, yeni doğulan qızına Çin adı da verib. 
"Həyat yoldaşım və qızım Maksla Yeni ilinizi təbrik etməyə çox şadıq. Maks üçün bu Yeni il çox vacibdir. Bu il biz ona Çin adı da seçdik. Onun adı Çen Minyuydur. Çen – anasının soyadıdır. Minyuy isə - “kainat” və sabah” deməkdir. Bizim balaca ailəmiz adından sizə Yeni ildə cansağlığı və firavanlıq arzu edirik”. 

Mənbə: ANS PRESS

7 fevral 2016
GO BACK