Yeniləmə hələ digər mobil tədbiqlərə aid olmadığından "Blackberry" və "Windows Phone"istifadəçiləri bu yenilikdən istifadə üçün bir az daha gözləməli olacaqlar. "Android" və"İphone" istifadəçiləri isə artıq maksimum 256 nəfərlik qrup söhbətlərindən istifadə etməyə başlayıb.
Sürətli mesajlaşma proqramı olan "WhatsApp" istifadəçiləri üçün ötən gün də daha bir proqram istifadəyə verib. Belə ki, daha təkmilləşdirilmiş proqram "WhatsStats" vasitəsilə artıq siyahınızda olan insanların onlayn olduğu vaxtları asanlıqla öyrənə bilmək olar.Hazırlanmış proqramın istifadəçilərə verdiyi imkanlar həddindən artıq genişdir. Belə ki, izlədiyiniz, sizə maraqlı olan insanın hansı zamanlarda onlayn olduğunu, gün ərzində daha sıx xətdə olduğu vaxtları, onun status paylaşımlarını, profil fotosu keçmişinə qədər hər şeydən xəbərdar olmağınızı təmin edəcək. Bunun mümkün olması üçün həmin şəxsin status və profili hər kəsə açıq olmalıdır. Bu proqram yalnız "Android" sistem üçün nəzərdə tutulub.
Mənbə: ANS PRESS