Qadin.NET / İran dollardan imtina edir

İran dollardan imtina edir

İran dollardan imtina edir
İran dollardan asılılığını azaltmaq üçün satdığı neftə görə vəsaiti avroda almağa hazırlaşır.
ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, İran bu qaydaları neft tədarükünə dair yeni imzalanmış müqavilələrə tətbiq edəcək. Söhbət Fransanın “Total”, İspaniyanın “Cepsa” və “LUKoyl” şirkətinin qolu olan “Litasco” şirkətləri ilə bağlanan müqavilələrdən gedir. 
İranın milli neft şirkətindən verilən məlumata görə, ödənişin aparılacağı valyuta haqda müqavilədə xüsusi bənd olacaq. 
“Bizim neftin alıcıları ödənişi dolların cari məzənnəsinə uyğun olaraq avro ilə aparmalı olacaqlar”, – deyə şirkətdən adının açıqlanmasını istəməyən mənbə “Reuters”ə bildirib.

Mənbə: ANS PRESS

6 fevral 2016
GO BACK