Qadin.NET / Tayvanda şiddətli zəlzələ: ölənlər var

Tayvanda şiddətli zəlzələ: ölənlər var

Tayvanda şiddətli zəlzələ: ölənlər var
Bu gün gecə saatlarında Tayvanda baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb. ANS PRESS-in məlumatına görə, 6,4 bal güclü təkanlar 377 nəfərin yaralanmasına yol açıb. Dağıntılar altından 200-dən çox insan çıxarılıb. Onların arasında körpə uşaqlar da var. Xilasetmə işləri davam edir. Ölü sayının artacağı istisna edilmir. 
ABŞ Geologiya Xidmətinin məlumatına görə, təkanlar yerin 10 km dərinliyində baş verib və buna görə də güclü hiss edilib. 40 saniyə qədər davam edən təkanlar ən çox Taybeydə hiss edilib. 
Zəlzələ nəticəsində ziyan görən binalardan biri də 17 mərtəbəli rezidans olub. Binada 60 mənzil olub, orada yüzlərlə insanın yaşadığı deyilir. 

Mənbə: ANS PRESS

6 fevral 2016
GO BACK