Yer kürəsinə doğru 30 metrlik asteroid yaxınlaşır. ANS PRESS-in məlumatına görə, bu haqdaNASA xəbər verib. Bildirilib ki, yerə doğru hərəkət edən 2013 TX68 asteroid bu il martın 5-də yerə yaxınlaşacaq.
Bu məsafənin 17 yaxud 14 milyon kilometr təşkil edə biləcəyini söyləyən astronomlar onun dəqiq hansı uzaqlıqdan keçəcəciyini təyin edə bilməsə də toqquşmanı da istisna etmirlər.
Əgər toqquşma reallaşarsa çox güclü partlayışın baş verə biləcəyini söyləyən mütəxəsislər asteroidin yerdən minimum məsafədə hərəkət edəcəyi halda planetimizin səthindən 40 min kilometr aralıda yerləşən geostosionar peyklərin zərbə altında qalacağını bildirib.
2013 TX68 asteroidi 2013-cü ilin oktyabrında Catalina Sky Survey layihəsi çərçivəsində müşahidə edilib.
Mənbə: ANS PRESS